İstehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditləri müştərilər tərəfindən ən çox tələbat olan Bank məhsullarındandır. Lakin bu kreditlərin verilməsi Bankların aktivlərinin keyfiyyətinə öz mənfi təsirini göstərir.  Belə ki, iş yerlərindəki ixtisarlar, qiymətlərin artması, valyuta siyasəti, gözlənilməz xərclər və s. borcalanların ödəniş qabiliyyətinə təsir etməklə kreditlərin geri qayıtma tendensesiyasına mənfi təsir edir.

Banklar istehlak kreditləri rəsmiləşdirən zaman müştəri mənmuniyyətini və loyallığı qorumaqla yanaşı riskləri də düzgün tənzimləməlidirlər. Əks halda bu kredit portfelinin keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxara bilər. Riskləri tənzimləməyin bir sıra üsulları vardır. Bunlara misal olaraq daşınar və daşınmaz əmlakın kreditin girovu qismində götürülməsi, kreditlərin daha qısa müddətə rəsmiləşdirilməsi, skorinq sisteminin tətbiq edilməsini və s. göstərmək olar. Bu üsullar içində ən geniş yayılanlardan zamin tələbini qeyd edə bilərik. Banker.az monitorinq qrupu olaraq Bankların girov tələb etmədən təklif etdikləri nağd istehlak kreditlərinə tətbiq etdiyi zamin tələbini araşdırmışıq. Araşdırma nəticəsində belə bir qənaətə gəldik ki, Banklar əsasən kredit məbləğinə və müştərilərin kredit tarixçəsinə əsaslanaraq zaminlik tələblərini müəyyən edirlər.

Aşağıdakı cədvəldə müvafiq şərtlərlə ətraflı tanış ola bilərsiniz.

Bankın AdıMaksimal məbləğTəminatDigər şərtlər
ASB15000 AZN500 – 3000 AZN – 1 zamin tələb olunur

3001 – 15000 AZN – 2 zamin tələb olunur

əlavə
NBC10000 AZN2500 AZN-dək zaminsiz

2500-5000 AZN –  1 zamin tələb olunmur

5000 -10000 AZN – 2 zamin tələb olunur

əlavə
Turan Bank5000 AZN2000 AZN-dək –  1 zamin tələb olunur.

2000 AZN-dən yuxarı –  2 zamin tələb olunur.

əlavə
Rabitə Bank5000 AZN2000 AZN-dək  –  zaminsiz

2001 – 5000 AZN – 1 zamin tələb olunur.

əlavə 
Nikoyl30 000 AZNMaaş kartı Nikoyl Banka məxsus olduqda və əmək haqqı 300 AZN-dən çox odluqda –  məbləğ 5000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir.
Maaş kartı digər banka məxsus olduqda –  məbləğ 3000 AZN-dən yuxarı olduqda 1  zamin tələb edilir.
əlavə
Bank VTB10000 AZNKreditin məbləği 3500 AZN-dən çox olduqda 1  zamin tələb edilir.əlavə
Kapital Bank20 000 AZN* Xüsusi hallarda zamin tələb edilə bilər;

Hərbçilər üzrə zamin tələbi
Mayor və yuxarı rütbəli zabitlər –  zaminsiz;
Kapitan rütbəli zabitlərə – 10 000 AZN-ə qədər zaminsiz.
Digər hallarda –  1 zamin tələb edilir.

əlavə
Unibank15000 AZNZamin tələb olunmurəlavə
Express Bank15000 AZNKreditin məbləği 3000 AZN dən yuxarı olduqda, 1 zamin tələb edilir.əlavə
Bank Respublika10 000 AZNBankın xüsusi şərtlər tətbiq etdiyi şirkətlərin əməkdaşları üzrə – kredit məbləği əmək haqqının 3 mislindən və ya 5000 AZN-dən çox olduqda 1 zamin tələb edilir;
Digər şirkətlərin əməkdaşları üzrə – kredit məbləği 3000 AZN-dən çox olduqda 1 zamin tələb edilir
əlavə
Bank of Baku10 000 AZNKredit tarixçəsi qənaətbəxş olan müştərilər üzrə: Kreditin məbləği 5000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir;
Kredit tarixçəsi qeyri – qənaətbəxş olan müştərilər üzrə: Kreditin məbləği 3000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir.
Rəsmi gəliri 2500  AZN (vergilər tutulmamış) və daha yuxarı olan müştərilər üzrə: Kreditin məbləği əmək haqqının 3 mislindən yuxarı olduqda 1 zamin tələb edilir;
əlavə
Bank BTB5000 AZNKreditin məbləği 2000 AZN dən yuxarı olduqda, 1 zamin tələb edilir.əlavə
Azərtürk15 000 AZNMəbləğdən asılı olmayaraq ən azı 1 zamin tələb olunur.əlavə
AFB10 000 AZN5 000 AZN -dək – 1 zamin tələb edilir.
5 001-10 000-dək – 2 fiziki və ya1  hüquqi şəxsin zaminliyi tələb edilir.
əlavə
AccsesBank20 000 AZN*Fərdi hallarda zamin tələb edilə bilər.əlavə
Yapikredi10000 AZN*Zaminsiz kredit götürə biləcək şəxslər:

·         Dövlət işçiləri

·         Müəllimlər

·         Xarici və yerli neft,rabitə,telekomunikasiya,IT və s. şirkətlərində işləyən şəxslər

·         Bank İşçiləri

·         Yapı Kredi Bank Azərbaycan-dan əmək haqqı alan müştərilər

əlavə

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları