İstehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditləri müştərilər tərəfindən ən çox tələbat olan Bank məhsullarındandır. Lakin bu kreditlərin verilməsi Bankların aktivlərinin keyfiyyətinə öz mənfi təsirini göstərir. Belə ki, iş yerlərindəki ixtisarlar, qiymətlərin artması, valyuta siyasəti, gözlənilməz xərclər və s. borcalanların ödəniş qabiliyyətinə təsir etməklə kreditlərin geri qayıtma tendensesiyasına mənfi təsir edir.
Banklar istehlak kreditləri rəsmiləşdirən zaman müştəri mənmuniyyətini və loyallığı qorumaqla yanaşı riskləri də düzgün tənzimləməlidirlər. Əks halda bu kredit portfelinin keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxara bilər. Riskləri tənzimləməyin bir sıra üsulları vardır. Bunlara misal olaraq daşınar və daşınmaz əmlakın kreditin girovu qismində götürülməsi, kreditlərin daha qısa müddətə rəsmiləşdirilməsi, skorinq sisteminin tətbiq edilməsini və s. göstərmək olar. Bu üsullar içində ən geniş yayılanlardan zamin tələbini qeyd edə bilərik. Banker.az monitorinq qrupu olaraq Bankların girov tələb etmədən təklif etdikləri nağd istehlak kreditlərinə tətbiq etdiyi zamin tələbini araşdırmışıq. Araşdırma nəticəsində belə bir qənaətə gəldik ki, Banklar əsasən kredit məbləğinə və müştərilərin kredit tarixçəsinə əsaslanaraq zaminlik tələblərini müəyyən edirlər.
Aşağıdakı cədvəldə müvafiq şərtlərlə ətraflı tanış ola bilərsiniz.
Bankın Adı | Maksimal məbləğ | Təminat | Digər şərtlər |
ASB | 15000 AZN | 500 – 3000 AZN – 1 zamin tələb olunur
3001 – 15000 AZN – 2 zamin tələb olunur |
əlavə |
NBC | 10000 AZN | 2500 AZN-dək zaminsiz
2500-5000 AZN – 1 zamin tələb olunmur 5000 -10000 AZN – 2 zamin tələb olunur |
əlavə |
Turan Bank | 5000 AZN | 2000 AZN-dək – 1 zamin tələb olunur.
2000 AZN-dən yuxarı – 2 zamin tələb olunur. |
əlavə |
Rabitə Bank | 5000 AZN | 2000 AZN-dək – zaminsiz
2001 – 5000 AZN – 1 zamin tələb olunur. |
əlavə |
Nikoyl | 30 000 AZN | Maaş kartı Nikoyl Banka məxsus olduqda və əmək haqqı 300 AZN-dən çox odluqda – məbləğ 5000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir. Maaş kartı digər banka məxsus olduqda – məbləğ 3000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir. |
əlavə |
Bank VTB | 10000 AZN | Kreditin məbləği 3500 AZN-dən çox olduqda 1 zamin tələb edilir. | əlavə |
Kapital Bank | 20 000 AZN | * Xüsusi hallarda zamin tələb edilə bilər;
Hərbçilər üzrə zamin tələbi |
əlavə |
Unibank | 15000 AZN | Zamin tələb olunmur | əlavə |
Express Bank | 15000 AZN | Kreditin məbləği 3000 AZN dən yuxarı olduqda, 1 zamin tələb edilir. | əlavə |
Bank Respublika | 10 000 AZN | Bankın xüsusi şərtlər tətbiq etdiyi şirkətlərin əməkdaşları üzrə – kredit məbləği əmək haqqının 3 mislindən və ya 5000 AZN-dən çox olduqda 1 zamin tələb edilir; Digər şirkətlərin əməkdaşları üzrə – kredit məbləği 3000 AZN-dən çox olduqda 1 zamin tələb edilir |
əlavə |
Bank of Baku | 10 000 AZN | Kredit tarixçəsi qənaətbəxş olan müştərilər üzrə: Kreditin məbləği 5000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir; Kredit tarixçəsi qeyri – qənaətbəxş olan müştərilər üzrə: Kreditin məbləği 3000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir. Rəsmi gəliri 2500 AZN (vergilər tutulmamış) və daha yuxarı olan müştərilər üzrə: Kreditin məbləği əmək haqqının 3 mislindən yuxarı olduqda 1 zamin tələb edilir; |
əlavə |
Bank BTB | 5000 AZN | Kreditin məbləği 2000 AZN dən yuxarı olduqda, 1 zamin tələb edilir. | əlavə |
Azərtürk | 15 000 AZN | Məbləğdən asılı olmayaraq ən azı 1 zamin tələb olunur. | əlavə |
AFB | 10 000 AZN | 5 000 AZN -dək – 1 zamin tələb edilir. 5 001-10 000-dək – 2 fiziki və ya1 hüquqi şəxsin zaminliyi tələb edilir. |
əlavə |
AccsesBank | 20 000 AZN | *Fərdi hallarda zamin tələb edilə bilər. | əlavə |
Yapikredi | 10000 AZN | *Zaminsiz kredit götürə biləcək şəxslər:
· Dövlət işçiləri · Müəllimlər · Xarici və yerli neft,rabitə,telekomunikasiya,IT və s. şirkətlərində işləyən şəxslər · Bank İşçiləri · Yapı Kredi Bank Azərbaycan-dan əmək haqqı alan müştərilər |
əlavə |