6 C
Baku
Sunday, December 15, 2024

Hansı ölkələr Rusiya üçün hava məkanını bağlayıb?

Ümumilikdə 32 ölkə Rusiyadan gələn təyyarələr üçün hava məkanını bağladığını elan edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir ki, bütün Avropa İttifaqı ölkələri (Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya (üç ay müddətinə), Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç və Estoniya), həmçinin:

– Albaniya

– Böyük Britaniya

– Kanada

– Norveç

– Şimali Makedoniya

– Ukrayna

Rusiya buna cavab olaraq Bolqarıstan, Polşa və Çexiyadan gələn təyyarələr üçün fevralın 26-sənda Moskva vaxtı ilə saat 15:00-dan qüvvəyə minən məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bu ölkələrdən uçuşlar, o cümlədən tranzit yalnız Federal Hava Nəqliyyatı Agentliyinin və ya Rusiya Xarici İşlər Nazirliyinin xüsusi icazəsi ilə həyata keçirilə bilər.

Görülən tədbirlər Rusiyanın Ukraynada fevralın 24-də başlayan hərbi əməliyyatına Qərb ölkələrinin reaksiyasıdır. Hava məkanının bağlanması o deməkdir ki, əgər ölkələrdən biri marşrutu üzrə səmanı bağlasa, Rusiya təyyarələri ətrafda uçmaq üçün yollar axtarmalı olacaq. Beləliklə, Moskvadan İstanbula uçuş üç saat əvəzinə yeddi saat çəkəcək.

Son xəbərlər
Digər xəbərlər