17 C
Baku
Sunday, May 5, 2024

Havay adalarında baş verən yanğınların zərəri 5.5 milyard dollar qiymətləndirilib

Havay adasında bu həftənin əvvəlində başlayan yanğınlardan sonra bərpa işlərinin məbləği açıqlanıb.

Bu barədə ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin və yerli tədqiqat mərkəzinin mütəxəssisləri hesablamalar aparıblar.

Dəymiş ziyanı aradan qaldırmaq 5,52 milyard dollara başa gələcək.

Son məlumatlara görə, adada meşə yanğınları nəticəsində azı 80 nəfər ölüb. 2200-dən çox yaşayış binası dağılıb və ya zərər görüb.

Hadisə ilə əlaqədar ən azı 4500 nəfər evsiz qalıb.

Adada meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər