10 C
Baku
Wednesday, December 11, 2024

Hazırkı qeyri-müəyyən dünyada biznes üçün atılacaq 4 mühüm strateji addım

4 strateji addım.

Hazırkı qeyri-müəyyən dünyada biznes üçün atılacaq 4 mühüm strateji addım.

Təəssüflə deməliyik ki, hazırda biz olduqca qarmaqarışıq bir dönəmdə yaşayırıq. Panademiya, Ukraniya Rusiya müharibəsi fonunda dünya balansı və düzəni, bugünə kimi adət etdiklərimizdən fərqli gedir və çətin ki bir də əvvəlki məcrasına qayıda. Ancaq bütün bu baş verənlər gələcəyin tamamən ümidsiz olduğu anlamına da gəlməz. Hər bir titrəyiş yeni bir yaranışa toxum atar.

Stabil olmayan hər şey biznes üçün risk deməkdir. Lakin düzgün dəyərləndirib idarə edilərsə, bu şansa və perespektivə çevrilə bilər. Bu isə şirkətləin bu günə kimi qurduqları və irəlilədikləri plan və strategiyayaya yenidən baxmalı olması deməkdir. Aşağıda göstərilən 4 addım yeni düzənə uyğunlaşmağa kömək edə bilər.

  1. Təməl sualı düzgün təyin edib tapmaq. Birinci addım doğru sualı formalaşdırmaqdır. Bu sual biznesi böyütmək və dəyərini genişləndirməyə yardım etməlidir. Əsas hədəflər, çətinliklər qarşı tərəflərlə münasibətlərdir ki, hər zaman dəyişir. Ən yaxşı həll yolu isə biznesinin məşğul olduğu sahədə müştəridən, müttəfiqdən və hətta yeri gəlsə, şərait tələb edərsə, rəqibdən(müəyyən yollarla) belə bunu öyrənməkdir ki, bu da gedişatı formalaşdıracaq və qoyulmuş düzgün prioritetə yanaşma ikinci strateji addıma aparacaq.
  2. İkinci böyük straji gediş isə böyük sualı əməliyyatlarınızın və ya biznes prosesinizin müxtəlif hissələri ilə bağlı köməkçi suallara bölməkdir. Bu, təşkilat daxilində strategiyanın hazırlanması prosesini birləşdirməyə imkan verəcək. Bu həm də kənardan yeni ideyalar, fikirlər almanıza yardımçı olacaq.
  3. . İdeyalar yaradın(kəşf edin). Bu sizə əvvldə deyildi yollardan bəhrələnib yeni strateji yol çəkməyə zəmin verəcək. Ən əsası da siz artıq suallar haqqında düşünmürsünüz, onları tənzimləmirsiniz və ya hər hansı sualın çatışmadığını soruşmursunuz – sadəcə olaraq strateji ideyalar axtarırsınız. Çünki ilk olaraq əsas sualı düzgün təyin edib, cavablandırmısınız. Həm öz sənayenizdə, həm də başqa yerlərdə ən yaxşıların nə etdiklərinə baxaraq, bəhrələnməlisiniz.
  4. Ən yaxşı variantları müəyyən etmək. Sonuncu addım isə əvvəlki bütün incələmələrdən sonra ən uyğununu seçməkdir. Alternativ həll mövcud olanı üstələyirsə, o zaman heç düşünmədən mövcud olananı bir kənara qoyub, ikincini seçin. Bunu bir dəfə deyil, bazarda imkanlar dəyişdikcə davamlı olaraq edin.

Strategiyanın işlənib hazırlanmasına gəldikdə, şirkətlər çox vaxt öz imkanları ilə bağlı batağa düşür, hazırda nə etdikləri və bunu necə daha yaxşı edə biləcəkləri sualına köklənilər. Bunun əvəzinə ətraflarına dörd gözlə hətta lazım gələrsə, səmaya belə baxmalı, ən gülməli görünən ideyaları da nəzərdən keçirməlidirlər. Dörd addımımızı izləyin və siz görə bilərsiniz ki, əvvəllər qeyri-mümkün və ya həddindən artıq baha başa gəldiyini düşündüyünüz ideya birdən-birə həm mümkün, həm də sərfəli görünə bilər. Yetər ki yuxarıda göstərilənlərə əməl edəsiniz.

Aliyə Nuruyeva

Son xəbərlər
Digər xəbərlər