“PMD Group” MMC tərəfindən davamlı həyata keçirilən Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində əsas istiqamətlərindən biri də ölkəmizdə idman sahəsinin daha da inkişafına kömək etmək və insanlar arasında sağlam həyat tərzini dəstəkləməkdir.
Bu mənada, Triterra Bakı Triatlon Klubunun fəaliyyətinin yaradıldığı gündən etibarən dəstəklənməsi və şirkətimizin əməkdaşları arasında da triatlon idman növünün təşviq edilməsi xüsusilə önə çıxır. Biz həm də inanırıq ki, şirkət daxilində komanda ruhunun gücləndirilməsi, işdə məhsuldarlığın artırılması və təşkilat daxilində pozitiv əhval-ruhiyyənin təmin edilməsi üçün əməkdaşların iş və şəxsi həyatını balanslaşdırması çox vacibdir.
Bu prinsiplərdən yola çıxaraq əməkdaşlarımız Kamil Əliyevin və Fəxri Əkbərovun Estoniyanın paytaxtı Tallin şəhərində Ironman seriyasından olan tam və yarım məsafə triatlon yarışlarında əldə etdiyi ciddi uğurları və PMD-nin onlara dəstəyini ifadə etmək üçün qısa bir film hazırladıq. Bu filmin məqsədi həm də həmvətənlərimizi triatlona dəvət etmək, yaşından və cinsindən asılı olmayaraq hər zaman bu idman növünə başlamağın mümkünlüyünü insanlara çatdırmaqdır.