10 C
Baku
Thursday, December 12, 2024

Hesablama Palatası: “Bu il artıq xərcləmənin, büdcəyə hesablanmamış ödənişlərin məbləği ₼90 mln.-u ötüb”

Bu ilin yanvar-avqust aylarında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində artıq xərcləmənin, eləcə də büdcəyə hesablanmamış ödənişlərin məbləği 91.6 milyon manat təşkil edib.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

Palata sədri qeyd edib ki, həmin məbləğin 39.6 milyom manatının dövlət büdcəsinə bərpası ilə bağlı qərar qəbul edilib: “Cinayət əməlinin olduğu ehtimal edilən 9 material üzrə 28.5 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 23.5 milyon manatdan çox hissənin dayandırılması ilə bağlı qərar qəbul olunub. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox sosial xarakterli ödənişlərlə bağlıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər