2 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatası: Dövlət müəssisələri üzrə xərclər artırılıb, bu büdcə üçün risk yaradır

Hesablama Palatası publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan müəssisələrin büdcədən asılılığına toxunub.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci ilin “Büdcə Zərfinə” dair rəyində bildirir.

Təqdim edilmiş məlumatların təhlili göstərir ki, publik hüquqi şəxslər üzrə mənfəət vergisinin nəzərdə tutulmasına baxmayaraq, bu şəxslər üzrə birbaşa dövlət büdcəsində əks etdirilən xərclərin həcmi əhəmiyyətli olaraq qalmaqla əvvəlki illərə nisbətən artırılıb.

Bundan başqa, dövlət müəssisələrinə dövlət büdcəsindən maliyyə yardımı, subsidiya və digər istiqamətlərdən xərclərin ayrılmasının davam etdirilməsi (bəzi hallarda saxlanılma və cari əməliyyat xərcləri də daxil olmaqla) proqnozlaşdırılır ki, bu da dövlət büdcəsi üçün risk yaradan amillərdəndir.

Hesablama Palatası publik hüquqi şəxslərə ayrılan vəsaitin səmərəliliyinin artırılması üçün qanunvericilikdə bəzi məsələlərə yenidən baxılmasınının vacibliyini qeyd edir.

Palata, publik hüquqi şəxslərə və dövlət müəssisələrinə dövlət büdcəsindən vəsaitin ayrılmasının xəzinədarlığın müşayiəti ilə həyata keçirilməsini tövsiyə edir.

Rəydə həmçinin publik hüquqi şəxslər üzrə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi də tövsiyə edilib.

Son xəbərlər
Digər xəbərlər