5 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatasının sədri pensiya sistemi üzrə əsas çağırışları açıqlayıb

“Pensiya sistemini xarakterizə edən göstəricilər əsasən qənaətbəxş səviyyədə olsa da, gələcək dövr üçün artıq bir sıra çağırışlar üzrə əsaslar formalaşmaqdadır”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun büdcədənkənar dövlət fondlarının 2023-cü il üçün büdcələri ilə bağlı Milli Məclisin plenar iclasında çıxışında bildirib.

Vüqar Gülməmmədov deyib ki, onlar arasında ən əsası məşğul əhali və pensiyaçıların sayı arasında olan nisbət göstəricidir: “İqtisadiyyatda məşğulluğun artırılması ilə bağlı tədbirlərin gücləndirilməsi, rəsmi məşğulluğun artırılması və ödəmələr üzərində inzibati alətlərin gücləndirilməsi hələ ki, kəskin həddə çatmayan göstəricinin davranışında müsbət meyli formalaşdırmış olar”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər