10 C
Baku
Thursday, December 12, 2024

Hesablama Palatasının təklifləri əsasında qurumların 30 milyon manat borcu bağlanıb

Ötən il Hesablama Palatası keçirdiyi auditlərin nəticəsində qurumlar tərəfindən 70,8 milyon manat məbləğində debitor və kreditor borcların bağlanması ilə bağlı təkliflər verib.

Bu barədə Palatanın 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hazırkı dövrədək həmin məbləğin 30 milyon manatının bağlanılması təmin olunub, digər hissəsi üzrə işlər davam etdirilir.

Hesabat dövründə Palata qurumların bank hesablarında olan 11,8 milyon manatlıq qalıq vəsaitin büdcəyə silinməsi ilə bağlı təklif verib, cari dövrədək həmin vəsaitin 11 milyon manatının icrası (silinmə və kreditor borclarla əvəzləşdirilmə formasında) təmin edilib, digər hissəsi üzrə işlər davam etdirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər