25 C
Baku
Monday, April 29, 2024

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı poçt markaları və xatirə nişanları buraxılacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.

Prezident Administrasiyası, Azərbaycan Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icraçı qurum olaraq müəyyənləşib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər