10 C
Baku
Friday, December 13, 2024

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın “InterGlobe” şirkəti ABŞ-nin “Archer Aviation” şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır.

“InterGlobe” Hindistanın ən böyük aviaşirkətlərindən biri olan “IndiGo”ya sahibdir və “Archer Aviation” hava taksilərinin inkişafında dünya liderlərindən biridir. Sonuncu Hindistan şirkətini “Midnight” modelinin 200-ə yaxın şaquli hərəkətli (eVTOL) elektrik avtomobili ilə təmin edəcək. Avtomobilin bir elektrik batareyası ilə 40 dəqiqəyə qədər dörd sərnişin daşıya bilir.

İlkin olaraq, Yeni Dehlinin simvolik dairəvi meydanı ilə Qurqaon arasında uçuşların həyata keçirilməsi planlaşdırılır. Səyahət vaxtı təqribən yeddi dəqiqə olacaq, adambaşına düşən xərc 2-3 min hind rupisi (24-36 dollar) təşkil edəcək.

Qeyd edək ki, oxşar marşrutda adi taksi ilə gediş tıxac olmadan təxminən 45 dəqiqə və 700 rupi (8,4 dollar) təşkil edir.

Son xəbərlər
Digər xəbərlər