13 C
Baku
Saturday, April 27, 2024

Hindistanın iqtisadiyyatı qabaqcıllıq üzrə liderliyini itirdi

Hindistan dünyanın ən sürətli böyüyən iqtisadiyyatı sıralamasında liderliyini itirib.

Banker.az bildirir ki bu barədə Dünya Bankı məlumatlarına istinadən BBC News məlumat verib.

2018-ci ilin aprelindən 2019-cu ilin mart ayına qədər hind iqtisadiyyatı 6,8%-lik, 2019-cu ilin əvvəlində isə 5,8%-lik artım göstərib. Çin iqtisadiyyatı isə öz növbəsində 6,4% artıb, beləliklə Çin reytinq üzrə lider olub. 2017-ci ildə Çin iqtisadiyyatı 12,24 trilyon dollar dəyərində qiymətləndirilmişdir, bu Hindistan ilə müqayisədə 2,6 trilyon dollar çoxdur.

Hindistan iqtisadiyyatının yavaşaması, sənaye və kənd təsərrüfatı sahəsində göstəricilərin zəif, ölkə daxilində müxtəlif əmtəə və xidmətlərə tələbatın isə aşağı olması bağlı olmuşdur. Qeyd edək ki, Hindistanda işsizliyin səviyyəsi artır, 2018-ci ildə bu göstərici maksimuma – 6,1% çatmışdır. Eyni zamanda iqtisadi sahəyə qoyulan sərmayələrin həcmi də azalıb (10,6%-dan 3,6%-a qədər).

Çin iqtisadiyyatına da bir sıra təhdidlər var, onlardan biri ABŞ ilə olan ticarət müharibəsidir. 2018-ci ildə ölkənin ÜDM son 30 ildə ən aşağı qiymətə çatmışdır.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər