9 C
Baku
Wednesday, December 11, 2024

Hökumət dövlət bankından əldə edəcəyi divident proqnozunu ikiqat yüksəldir

Səhmlərinin əsas hissəsi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC-nin növbəti ildə dövlət büdcəsinə divident ödənişləri ikiqat artacaq.

Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi məlumatda deyilir. Bu barədə məlumat dövlət büdcəsində əksini tapıb.

“Azər-Türk Bank”dən alınan dividendlərdən daxilolmaların həcmi 2022-ci il üzrə 1 500 min manat olacaq. Bu da 2021-ci il üzrə proqnozlaşdırlandan 750 min manat, yaxud 2 dəfə çoxdur.

Banker.az bildirir ki, 1 yanvar 2021-ci il tarixinə 2 048 min manatlıq bölüşdürlməmiş mənfəət, 1 oktyabr 2021-ci il tarixinə isə 4 783 min manat olub.

“Azər-Türk Bank”ın 50 milyon manatlıq nizamnamə kapitalının 75%-i dövlətə məxsudur.

Son xəbərlər
Digər xəbərlər