1 C
Baku
Saturday, December 14, 2024

Hökumətin “nağdsız ödə-al” qaydasından sonra avtomobil satışı dövriyyəsi ₼90 mln. artıb

Hökumət tərəfindən 2022-ci ildən Azərbaycanda avtomobil alqı-satqısı üzrə ödənişlərin yalnız nağdsız qaydada edilməsinin tətbiqi  ardından bu bazarda dövriyyəni kəskin artırıb.

2022-ci ilin ilk 6 ayı ərzində avtmobillərin pərakəndə satışı dövriyyəsi ƏDV daxil 317.91 mln. manatı ötüb. Banker.az bu barədə rəsmi statistik məlumatlara istinad edir. Bunun da 316.46 mln. manatlıq dövriyyəsi iri və orta iri bizneslərdə, qalan 1.45 mln. manatı isə mikro bizneslərdə satılıb.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə avtomobil satışı dpvriyyəsi 90.34 mln. manat, yaxud 40% artıb.

Hesabat ilində satılan avtomobillərin 314.38 mln. manatı minik avtomobillərinin satışını əhatə edir.

Ötən ilin sonu, 2022-ci il üçün nəzərdə tutulan bu dəyişikliklə dövlət ölkədə həyata keçirlən avtomobil alqı-satqısının uçotunu daha konkretləşdirmək istəyirdi.

Analitiklər, bu artıma əsas səbəblərindən biri kimi ötən il minik avtomobillərinin ixtisaslaşdırılmış mağazalarda avtomobil alarkən yalnız nağdsız qaydada ödəniş metodunun tətbiq göstərilir. Bu qaydada ödəniş avtomobil satan şirkətləri uçotdan yayındırmasına maneə yaradır.

Son xəbərlər
Digər xəbərlər