“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağı 07.06.2023-cü ildə saat 10:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1065, İzmir küçəsi, 6 ünvanında yerləşən “Hyatt Regency” hotelinin Quba zalında keçiriləcəkdir.
Banker.az “Holcim (Azərbaycan)” ASC-yə istinadən xəbər verir ki, səhmdarların qeydiyyatı zalın foyesində saat 09:00-dan 09:45-dək aparılacaqdır.
Səhmdarların illik ümumi yığıncağının gündəliyi:
1. “Holcim (Azərbaycan)” ASC-nin səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi;
2. “Holcim (Azərbaycan)” ASC-nin 2022-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi;
3. 2022-ci ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.