13 C
Baku
Monday, May 6, 2024

Holcim (Azərbaycan) şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının illik ümumi yığıncağı 30.05.2024-cü il tarixdə saat 10.00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1065, İzmir küçəsi, 6 ünvanında yerləşən “Hyatt Regency” otelinin Quba zalında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların qeydiyyatı zalın foyesində saat 09.00-dan 09.45-dək aparılacaqdır.

Səhmdarların illik ümumi yığıncağının gündəliyi:

1. Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi.
2. Holcim (Azərbaycan) ASC-nin 2023-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi.
3. 2023-cü ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.
4. Müşahidə Şurasına üzvlərin və Müşahidə Şurasının sədrinin təyin edilməsi.
5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi.
6. Holcim (Azərbaycan) ASC və “Holcim” LTD arasında imzalanan brend müqaviləsinə dəyişikliyin təsdiq edilməsi.
7. Holcim (Azərbaycan) ASC ilə “Holcim Technology” LTD arasında imzalanan sənaye əqli mülkiyyət müqaviləsinə dəyişikliyin təsdiq edilməsi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər