6 C
Baku
Sunday, December 15, 2024

“Holcim (Azərbaycan)”nın Müşahidə Şurasına yeni sədr seçilir

“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 2021-ci il iyul ayının 30-da səhər saat 10:00-da Azərbaycan Respublikası Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 6  ünvanında yerləşən Hyatt Regency Otelin Görüş və Konfrans Mərkəzinin Quba zalında keçiriləcəkdir.

Banker.az şirkətin elanına istinadən xəbər verir ki, səhmdarların qeydiyyatı zalın foyesində saat 08:45-dən 09:45-dək aparılacaqdır.

“Holcim (Azərbaycan)”nın səhmdarlarının iclasındakı gündəliyə bunlar daxil edilib:

  1. “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin seçilməsi;
  2. “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi;
  3. 2019-cu maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsi məsələsinə baxılması;
  4. “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi
  5. 2020-ci maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsi məsələsinə baxılması
  6. Müşahidə Şurasına üzvlərin və Müşahidə Şurasının sədrinin təyin edilməsi
  7. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi
  8. “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi
  9. “Holcim (Azərbaycan)” ASC ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi
  10. “Holcim (Azərbaycan)” ASC və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi
  11. “Holcim (Azərbaycan)” ASC və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LafargeHolcim International Finance” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi.

“Ümumi Yığıncaq CovId-19 pandemiya vəziyyəti ilə əlaqədar olaraq karantin və sanitariya tələblərinə riayət edilməklə keçiriləcəkdir. Buna görə də karantin və sanitariya tələblərinə ciddi qaydada riayət etməyinizi xahiş edirik” – deyə elanda bildirilir.

 

Son xəbərlər
Digər xəbərlər