13 C
Baku
Tuesday, May 7, 2024

“Holcim” Rusiyada adını dəyişir

2022-ci ilin dekabrında İsveçrənin sement istehsalçısı “Holcim” şirkəti Rusiyadakı biznesi yerli rəhbərliyə satıb. Məlumata görə, “Holcim” Rusiyada adını dəyişərək “SEMENTUM” olaraq fəaliyyətini bərpa edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“SEMENTUM” nümayəndələri vurğulayırlar ki, şirkətin istehsalat bazası bundan sonra da beynəlxalq standartlara cavab verəcək, məhsulların beynəlxalq ekspertizası qorunub saxlanılacaq.

2022-ci ilin yayında “Holcim” Rusiyadakı aktivlərinin ələ keçirilməsi cəhdi barədə məlumat verib və Qroznı məhkəməsi şirkətin iş adamı Yevgeni Kostyukeviçə borcu olduğuna qərar verib. Dekabr ayında “Holcim”in Rusiyadakı biznesi rəsmi olaraq yerli rəhbərliyə satılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər