15 C
Baku
Friday, April 26, 2024

“Honda” istehsalı qlobal çip çatışmazlığına görə kəskin düşüb

Yaponiyanın “Honda” şirkətinin istehsal xəttinin gücü avqust-sentyabr aylarında təsdiqlənmiş planın yalnız 40%-ni təşkil edib.

Banker.az “Secretmag”a istinadə xəbər verir ki, bu, yarımkeçirici komponentlərin qlobal çatışmazlığından və pandemiya səbəbindən tədarükün gecikməsi ilə əlaqəli olub. Xatırladaq ki, eyni problemlə həmçinin “Toyota”, “General Motors”, “Daimler”, “AvtoVAZ” və başqaları qarşılaşıb.

Mütəxəssislərin fikrincə, istehsalın müvəqqəti azalması ilk növbədə “N-Box”, “Fit” və “Odyssey” modellərinə təsir göstərəcək. Buna baxmayaraq, “Honda” planlaşdırdığı istehsalın 70%-nə çatacağına ümid edir.

“Honda”nın əsas rəqibi “Toyota” da oktyabr ayında zavodlarının fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkət Yaponiyadakı 14 zavodunda olan 28 xətdən 27-sinin növbəti on bir gün ərzində işini təxirə salacağını bildirib. Dünyanın bir çox avtomobil istehsalçısı oxşar tədbirlər görür. Məsələn, “General Motors” Şimali Amerikadakı zavodlarının müvəqqəti olaraq bağlanması barədə məlumat verib. Qlobal problem həmçinin Tolyatidə istehsalı dayandırmalı olan “AvtoVAZ”a da təsir edib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın “BMW” və “Daimler” şirkətləri qiymətləri yüksək saxlamaq üçün premium-klass avtomobillərin tədarükünü azaldacaqlarını bildiriblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər