9 C
Baku
Friday, December 13, 2024

Honduras ABŞ-a ekstradisiya olunacaq keçmiş prezidentinin əmlakını müsadirə edib

Hondurasın Baş Prokurorluğu ölkənin narkotik qaçaqmalçılığında iştirakda ittiham olunaraq ABŞ-a ekstradisiyası ediləcək eks-prezident Xuan Orlando Ernandezin əmlakının müsadirə edilməsi barədə qərar verdiyini bildirib.

Hondurasın keçmiş prezidentinin ailəsi ilə əlaqəli əmlakla yanaşı, daşınmaz əmlak, kommersiya şirkətləri və maliyyə vəsaitləri də qeyri-qanuni mənşəli aktivlərə sahiblik hüququndan məhrum edilmək üçün müsadirə edilib.

Qərara əsasən azı 33 mülk, 8 şirkət və 16 nəqliyyat vasitəsi müsadirə olunub.

Bundan əvvəl Honduras məhkəməsi keçmiş prezident Xuan Orlando Hernandezin ABŞ-a ekstradisiyasını təsdiqləyib. İş üzrə dinləmə 10 saatdan çox davam edib.

Məhkəmə Hernandes fevralın 15-də ölkənin paytaxtı Tequsiqalpada saxlanıldıqdan sonra başlayıb.

Xatırladaq ki, Honduras prezidentinin qardaşı Xuan Antonio Ernandes 2018-ci ilin noyabrında ABŞ-da həbs edilib. Dövlət başçısının qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.

Son xəbərlər
Digər xəbərlər