15 C
Baku
Friday, March 29, 2024

PASHA Holding-in yeni açılan hotelinə rəhbər təyin edilib

“PASHA Holding” MMC-nin törəmə otelçilik şirkəti “Absheron Hotel Group” MMC (AHG) tezliklə açılacaq “Sheraton Intourist Baku” hotelinin yeni rəhbərini açıqlayıb.

Banker.az-a daxil olan məlumata görə, Rəsul Mürsəqulov 22 dekabr, 2022 tarixindən etibarən “Sheraton Intourist Baku” hotelinin Baş Menecer vəzifəsinə təyin edilib.

Hotel sahəsində karyerasını 2005-ci ildə başlayaraq hotelin əməliyyatlar və satış bölmələrində dərin təcrübə qazanıb. Rəsul Mürsəqulov Astoria Hotel Baku, Hilton Baku, Intercontinental Hotel Group (IHG), Holiday Inn Baku, Absheron Hotel Group hotellərində çalışaraq effektif liderlik və idarəetmə bacarıqlarını nümayiş etdirmişdir.

“Sheraton Intourist Baku” hotelinə qoşulmadan öncə o, 2017-ci ildən Winter Park Hotel Baku hotelinin Baş Menecer vəzifəsində çalışmışdır.

“İnanırıq ki, Rəsul bəy, 17 illik qonaqpərvərlik təcrübəsi, mükəmməl liderlik bacarıqları və yüksək peşəkarlığı ilə yeni açılacaq brendə böyük töhfə verəcək”.

Xatırladaq ki, AHG “PASHA Holding”in törəmə şirkətidir.

Son xəbərlər
Digər xəbərlər