2 C
Baku
Sunday, December 15, 2024

“Hummer”in elektromobili buraxılacaq

ABŞ-ın “General Motors” avtokonserni əfsanəvi brendini – “Hummer”i dirçəltməyi, bu brend altında elektromobillər istehsal etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyi yazır.

Hazırda “GM” elektrikli yolsuzluq avtomobilləri və pikapların siyahısına hansı modellərin daxil ediləcəyini götür-qoy edir.

Bundan başqa, avtokonsert “Chevrolet Suburban”, “Cadillac Escalade”, “GMC Sierra” və “Yukon” kimi populyar modellərin elektriklə işləyən variantlarının buraxılması perspektivini nəzərdən keçirir.

2023-cü ilə kimi şirkət 20 müxtəlif elektromobil buraxmağı planlaşdırır. Əvvəl minik maşınları, orta və kiçik krossoverlər, ardınca isə “yaşıl” yolsuzluq elektromobillərinin istehsalı nəzərdə tutulur.


oxu.az

Son xəbərlər
Digər xəbərlər