2 C
Baku
Sunday, December 15, 2024

Hüquq məsləhətçisi – “İcraçı Kredit Agentliyi”  BOKT

“İcraçı Kredit Agentliyi”  Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı  (İKA) Hüquq məsləhətçisi vəzifəsini tutmaq üçün müsabiqə yolu ilə seçim elan edir.

Müddət: 22.05.2018- 22.06.2018

Sənədlərin qəbulunun son müddəti : 22.06.2018-ci il saat 18-00-dək

İKA-nın Hüquq məsləhətçisinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

1. “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit  Təşkilatının (IKA), onun işçilərinin və müştərilərinin hüquqlarını və qanuni manafelərini müvafiq orqanlarda müdafiə edir;
2. Kredir borcunu vaxtında ödəməyən Birgə borclular barədə hüquqi tədbirlər görür;
3. İKA-nın xeyrinə çıxarılan Məhkəmə qərarlarının icrası ilə bağlı MN və Mİ ilə birlikdə tədbirlərin görülməsini təmin edir;
4. İKA-nın fəaliyyəti ilə bağlı rəhbərliyinin tələb etdiyi hallarda, müvafiq hüquqi məsələlərlə bağlı rəsmi münasibət bildirir;
5. Borclular tərəfindən qoyulan girovların qeydiyyatı ilə bağlı notarial orqanlara və Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestr xidmətinə məktubların hazırlanmasını təmin edir;

Hesabatvermə: Hüquq məsləhətçisi  İKA-nın rəhbərinə hesabat verir.

Müddət

Agentliyin hüquq məsləhətçisi ilə üç ay müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, İKA-nın rəhbəri tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə müddəti növbəti dövrlər  üçün artırılacaqdır.

İKA-nın hüquq məsləhətçisi  aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

(a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
(b) hüquq sahəsində ali təhsil;
(c) hüquq sahəsində ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
(d)  yazılı və şifahi nitqə malik olmaq;
e) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, proqramlaşdırılmış  kredit və mühasibatlıq sistemində işləmək bacarığı;
f) ölkə daxilində mütəmadi ezamiyyəyə getməyə hazır olmaq;
g) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlarla birgə işləmək xüsusiyyətlərinə malik olmaq;
h) təşəbbüskarlıq, məsuliyyətli, məsələyə hərtərəfli yanaşmaq və geniş dünya görüşünə malik olmaq və yenilikləri qəbul etmək bacarığı.

CV-ləri aşağıdakı ünvana göndərməyiniz xahiş olunur: [email protected] və ya Bakı şəhəri, N.Nərimanov rayonu, Ə.Rəcəbli küç. 21 F

Son xəbərlər
Digər xəbərlər