18 C
Baku
Thursday, April 25, 2024

IBM şirkəti minlərlə işçini ixtisar etməyə qərar verib

Amerikanın texnologiya nəhəngi IBM şirkəti Avropada 10 min işçini ixtisar etməyə qərar verib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu, regiondakı işçilərin 20%-dir. “Bloomberg”in verdiyi məlumata görə, kütləvi ixtisarın səbəbi istehsalçının xidmət bölmələrindən birində xərcləri azaltmaq olub.

İxtisarların böyük hissəsi İngiltərə və Almaniyanın payına düşüb. Bundan əlavə, 2021-ci ilin birinci yarısında Polşa, Slovakiya, İtaliya və Belçikada ixtisarların başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, 2020-ci ilin əvvəllərində IBM “minlərlə” işçini ixtisar edib. 2019-cu ilin dekabr ayında şirkətdə təxminən 353 min nəfər çalışıb. “Bloomberg” bu illər ərzində “IBM ulduzunun söndüyünə” inanır, çünki onun bulud hesablama və İT xidmətləri sahəsindəki tərtibatları digər şirkətlərin məhsulları ilə müqayisədə artıq köhnəlib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər