12 C
Baku
Wednesday, December 11, 2024

İcbari tibbi sığorta: Adambaşına haqq nə qədər olacaq?

Artıq Azərbaycanda tibbi sığorta üzrə yeni dönəmin gələn ilin 1 yanvarından başlanılır. Banker.az olaraq fəaliyyətə başlayacaq bu sistemin necə fəaliyyət göstərəcəyini aydınlıq gətirmək istərdik.

Əhalinin icbari tibbi sığortanın cəlbini həyata keçirən qurum “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (İTS) publik hüquqi şəxs yaradılmışdılıb.

Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İTS fəaliyyətinin məqsədi nədir?

  • Əhalini icbari tibbi sığortaya cəlb etmək;
  • Baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək;
  • Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək;
  • Sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq;
  • İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etmək.

İTS fəaliyyət istiqamətləri hansılardır?

  • İcbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  • Əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
  • İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq;
  • İcbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
  • İcbari tibbi sığorta sahəsinin inkişafını təmin etməkdir.

İcbari tibbi sığorta nədir?

İcbari tibbi sığorta – əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Qanunvericilikdə də qeyd olunur ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

Baza zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. (Baza zərfinə daxil olmayanlar- siyahıda)

İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsdir. TƏBİB-in tabeliyində olan tibb müəssələri – siyahıda

Bir çox insanları düşündürən bir sual varki, bu günə qədər tibbin fəaliyyətindən hazırkı sistem nəyi ilə fərqlənir? Əslində fərqlənən məsələ bir tək şəffaflıq və daha keyfiyyətli tibb ilə əhalini təmin etməkdir. Məslən, hər hansısa müayinədən keçmək üçün tibb müəssəsinə müraciət edirsinizsə, baza zərfinizə uyğun olaraq sizə tibbi xidmətlər göstəriləcəkdir. Yəni artıq xərciniz çımamalıdır (baxmayaraq ki, buna qədər də qanunla bu belə olmalıydı) Azərbaycan təcrübəsində bu yenidir.

İcbarti tibbi sığorta üzrə haqlar necə hesablanır?

İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

  • xidmətlər zərfinin baza hissəsi üzrə –təqvim ili üçün adambaşına 29 manat;
  • xidmətlər zərfinin (yuxarıda qeyd edilib) əlavə hissəsi üzrə:
    • Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslərneft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərnəzərdə tutulan şəxslər üzrə: sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi; sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;
    • Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda – mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər şəxslər üzrə – təqvim ili üçün adambaşına 120 manat

 

 

Son xəbərlər
Digər xəbərlər