6 C
Baku
Sunday, December 15, 2024

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə mexanizminin tətbiqi daha 1 il təxirə salınır

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği 2024-cü il yanvarın 1-dən ödəniləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir. Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər