21 C
Baku
Thursday, May 9, 2024

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 19 milyon manatlıq dərman aldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs 2 şirkətlə 19 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Keşəli” MMC və “Avromed Copany” QSC-dir.

“Keşəli” MMC ilə bağlanmış müqavilədə “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 5 073 881 manatdır.

“Avromed Copany” QSC ilə bağlanan müqavilədə isə “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində dərman vasitələrinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 14 108 425 manatdır.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər