7 C
Baku
Sunday, December 15, 2024

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” 2 milyon manatlıq kompüter alır

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Htech İnvest” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Kompyuter dəstlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 2 229 610 manatdır.

Qeyd edək ki, “Htech İnvest” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Vidadi Məhərrəmovdur.

Htech Invest şirkəti kompyuter avadanlığının yığılması ilə məşğuldur. Htech Invest Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Mingəçevir Yüksək texnologiyalar parkının rezidenti statusunu almış ilk şirkət olmuşdur.

Son xəbərlər
Digər xəbərlər