8 C
Baku
Friday, December 13, 2024

İcbari tibbi sığorta üzrə özəl tibb müəssisələrində icra olunan əməliyyatlara ayrılan vəsait açıqlanıb

Müqaviləli özəl tibb müəssisələrində icra olunan əməliyyatlara 2022-ci ildə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il həmin ödəniş 2 dəfədən çox artaraq 211 milyon manat (bu ilin yanvar-noyabr ayları daxil olmaqla) təşkil edib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən deyib.

Agentlik sədri bildirib ki, vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib: “Bu, xidmətə əlçatanlığın göstəricisidir. Özəldə ən çox icra olunan əməliyyat və prosedurlar: ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər