10 C
Baku
Friday, December 13, 2024

İCGB: “İGB layihəsinin icrası vaxtında başa çatdırılacaq”

Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəlq edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektorunda (İGB) tamamlama işləri EPC-podratçısı (layihələndirmə, satınalma, tikinti) tərəfindən elan edilmiş müddət ərzində və texniki tapşırığın bütün tələblərinə uyğun olaraq başa çatdırılacaq.

Məlumata görə, Bolqarıstanın Regional İnkişaf və İctimai İşlər Nazirliyinin təsdiqindən sonra Yunanıstanın “AVAX” şirkətinə ayrı-ayrı mərhələlərə bölünmüş üç əsas tikinti fəaliyyətinin həyata keçirilməsi həvalə edilib: “Onlar qaz kəmərinin kommersiya istismarı ilə birbaşa əlaqəli deyil. Lakin hələ də müstəqil ötürmə operatoru ICGB ilə bağlanmış EPC müqaviləsinin bir hissəsi olaraq qalır və sifarişçinin tələblərinə, təsdiq edilmiş texniki layihəyə uyğun olaraq həyata keçirilməlidir”.

ICGB-nin Bolrarıstan və Yunanıstyan üzrə icraçı direktorları Teodora Georgieva və Georgi Satlasın sözlərinə görə, bu mərhələlərin podratçı tərəfindən yüksək keyfiyyətlə və sənədlərə tam uyğun şəkildə həyata keçirilməsi son dərəcə vacibdir: “Biz nazirliyin qalan tamamlama işlərinin optimal müddətdə yerinə yetirilməsinə kömək göstərmək istəyini yüksək qiymətləndiririk. Bu, Bolqarıstan qanunvericiliyinə tam uyğundur. Dialoq davam edir və gələn həftə bizim növbəti görüşümüz olacaq ki, bundan sonra podratçıdan konkret qərarlar və son tarixləri eşitməyi gözləyirik”.

Onların sözlərinə görə, ehtiyat optik kabelin qablaşdırılması qabaqcıl mərhələdədir və 2023-cü ilin yanvar ayında başa çatdırılaraq sənədləşdiriləcəyi gözlənilir.

İCGB rəhbərliyi həmçinin vurğulayıb ki, qışın mülayim keçəcəyi təqdirdə işlərin dayanmaması və daha tez başa çatdırılmasına imkan verməsi üçün magistral yolda eroziyaya qarşı tədbirlərin tez bir zamanda başa çatdırılması vacibdir: “Gələn həftə nazirlik komandası ilə keçiriləcək növbəti görüşdə yanaşmanın yerli qanunvericiliyə tam uyğun olması və Bolqarıstandakı xüsusi şərtlər nəzərə alınmaqla tətbiq oluna bilən və effektiv olması üçün bunun dəqiq necə həyata keçirilməli olduğu müzakirə olunacaq”.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər