19 C
Baku
Tuesday, April 16, 2024

İcmal büdcəsində 6.6 milyard manat uyğunsuzluq aşkarlanıb

2023-cü ilin icmal büdcə layihəsində müavinət məbləği 6.6 milyard manat göstərilib.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb. Rəydə qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, müavinət məbləği 170,4 milyon manat, 2023-cü il dövlət büdcəsinin layihəsində müavinət xərcləri (transfert nəzərə alınmadan) isə 100 milyon manat ətrafında nəzərdə tutulub.

Bu da müavinətlər üzrə 6,6 milyard manatın düzgün göstərilmədiyini deməyə əsas verir. Qeyd edilən uyğunsuzluqlar müavinət xərclərinin altkomponentləri üzrə xarakterikdir.

Belə ki, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət DSMF büdcəsində 42,4 milyon manat göstərildiyi halda, icmal büdcədə 18,8 milyon manat, uşağın doğulması ilə bağlı müavinət DSMF büdcəsində 28 milyon manat göstərildiyi halda icmal büdcədə 22,1 milyon manat, dəfn üçün müavinət DSMF büdcəsində 41 milyon manat göstərildiyi halda icmal büdcədə 7,3 milyon manat göstərilib.

Son xəbərlər
Digər xəbərlər