12 C
Baku
Wednesday, December 11, 2024

İcra başçısı birinci müavinini işdən çıxartdı

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov vəzifəsindən azad olunub.

Bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.

Məlumata görə, RİH-də daha bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, M.Məmmədov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, bu təyinata qədər Cəlilabad Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. M.Məmmədov Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov həbs olunduqdan sonra 2020-ci ilin dekabr ayından bu ilin sentyabr ayına qədər icra başçısının səlahiyyətlərini icra edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Cəlilabada yeni başçı vəzifəsinə Rafiq Cəlilov təyin olunub.

Son xəbərlər
Digər xəbərlər