DəmirBank ASC Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamentinin İcra orqanları ilə iş şöbəsi üçün təcrübəçi hüquqşünasları seçim prosesinə dəvət edir.
27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:
• Xəbərdarlıq məktublarının hazırlanması standartlarının öyrənilməsi;
• Departamentə daxil olan sorğuların təhlil edilməsi;
• Departamentə daxil olan və Departamentən xaric olan sənədlərin qeydiyyatı;
• Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması;
• Məhkəməyə hazırlıq prosesinin öyrənilməsi.
Namizədə qarşı tələblər:
• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarına sahib olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər 11 oktyabr 2016-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İcra oqranları ilə iş şöbəsinə – Təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.