9 C
Baku
Friday, December 13, 2024

“İcraçı Kredit Agentliyi” BOKT-u verdiyi kreditlər hesabına kiçilib

BOKT “İcraçı Kredit Agentliyi”nin 2018-ci il üzrə cəmi aktivləri 2,62 mln manat təşkil edib ki, bu da ötən illə müqayisədə 8% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinad edərək xəbər verir.

BOKT “İcraçı Kredit Agentliyi”nin aktivlərindən  1,904 mln manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Ötən il isə müştərilərə verilmiş kreditlər 1,984 mln manat olub. Belə ki, BOKT-un kredit portfeli illik müqayisədə 4% azalıb.

2018-ci ildə “İcraçı Kredit Agentliyi” BOKT-nun cəmi öhdəlikləri ötən illə müqayisədə 191,65 mln manat və ya 2,9 dəfə artaraq 292,61 mln manat olub.

Qeyd edək ki, BOKT-un cəmi kapitalı isə 0,16% artaraq 2,33 mln manat təşkil edib.

“İcraçı Kredit Agentliyi” BOKT-u 2018-ci  ili 7,642 min manat xalis mınfəətlə bağlayıb. Bu da ötən illə müqayisədə 28,5% artım deməkdir.

Bu xalis mənfəətdən sonra “İcraçı Kredit Agentliyi” BOKT-nun hazırda balansında 2,01 mln. manatlıq bölüşdürülməmiş mənfəət var.

 

 

Son xəbərlər
Digər xəbərlər