7 C
Baku
Thursday, December 12, 2024

İdarəetmədə McKinsey 7S modeli…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Dəyərli oxucularım xatırlayar ki, “İdarəetmədə sistem anlayışı” adlı bundan əvvəlki yazımda sistem mexanizmi və sistemi əmələ gətirən faktorlar, açıq və qapalı sistem və sistem elementlərindən bəhs etmişdim. Və növbəti yazıda İdarəetmədə McKinsey-in 7S modeli haqqında yazacağımı bildirmişdim. 

Bu model haqqında yazmadan əvvəl demək istərdim ki ümumiyyətlə idarəetmə, iqtisad və ya digər müxtəlif sahələrdə irəli sürülən problem və həll yolları əsasən sistem anlayışı içində ələ alınmış və irəli sürülmüşdür.

Məsələn müxtəlif dövrlərdəki iqtisadi sistemlər və mexanizmləri, idarəetmə şəkilləri (bürokratik sistem, demokratik idarəetmə sistemi və s) idarəetmədə müxtəlif sahələrdə irəli sürülmüş tezislər ( keyfiyyət standartları sistemləri), HR-da performans dəyərləndirmə, motivasiya, əmək haqqı sistemi və s. hər biri sistem anlayışı ilə sürülmüşdür.

Şirkət idarəetməsində 1980-ci illərdə irəli sürülməsinə baxmayaraq hələ də tədbiq olunan və eyni zamanda Balanced Scorecard kimi yeni anlayışların doğmasına da qaynaq olan, sistem və ya modellərdən biri McKinseyin 7S modelidir. Modeli irəli sürənlər o dönəmdə McKinsey&Company-də çalışan Thomas (Tom) J. Peters, Robert H. Waterman olmuşdur. Tom Peters və Robert Waterman bloqda tövsiyyə etdiyim “In Search of Excellence: Lessons from America’s Best-Run Companies” kitabının həmmüəllifidirlər.

mcKinsey model mbaknol

7S modelində yer alan : Strategy-, Structure, Systems, Style, Staff, Skills və Shared Values faktorları xüsusiyyətlərinə görə iki əsas hissəyə ayrılır: “Hard” elements: Structure (Struktur), Strategy (Strategiya), Systems(Sistemlər)-bunlar idarəetmə tərəfindən orataya qoyulan, dəyişdirilə bilən, təsirlənən elementlərdir.

“Soft” elements: Staff (Çalışanlar), Skills(Bacarıq-qabiliyyətlər), Style (Tərz (idarəetmə və idarəedilmə tərzi), Shared Values (Paylaşılmış dəyərlər)- isə idarəetmədən çox asılı olmayan, əsasən mühit və insanlardan asılı olan faktorlardır. Bu faktorlar da digərləri kimi çox əhəmiyyətlidir. Sadəcə bu faktorların idarəetmə tərəfindən kontrolu, idarəedilməsi, tam olaraq təyin edilməsi, izahı çətindir.

Bəs bu model necə işləyir? 7S modelinin məqsədi bu modeldə yer alan elementlərin bir-biriləri ilə sıx və effektiv əlaqəsini qurmaq və bunun effektindən faydalanmaqdır. Əvvəlcə hər bir elementin şirkətlərdəki istifadə dərəcəsinə görə nəyi ifadə etdiyi və əhatəsi təyin olunmalıdır. Bu model bir mükəmməlləşdirmə modelidir. Buna görə də model şirkətin bir mövqedən digər istənilən mövqeyə çatması üçün analiz məqsədiylə istifadə olunur. GAP analizi ilə bənzər mexanizmi olan, məsələn mövcud A nöqtəsindən istənilən B nöqtəsinə çatmaq üçün nələr etmək lazım olduğunu və bu fəaliyyətlərin həmin 7S-lər çərçivəsində ələ alınmasını tələb edir. 7S matrisi düzənlənir və hər bir elementin əvvəlcə mövcudluğu, mövcud isə səviyyəsi və digərləri ilə əlaqəsi və digərlərini dəstəkləməsi araşdırılır.

Nəticədə boşluq və zəif olan nöqtələrin mükəmməlləşdirilməsi fəaliyyəti aparılır.

Uğurlar diləyi ilə növbəti yazıda görüşənədək…

Son xəbərlər
Digər xəbərlər