“PMD Group”nun turizm biznesində yeni icraçı direktor təyin edilib.
Banker.az xəbər verir ki, Həzrət Almirzəyev “PMD Hospitality” MMC-nin Satış üzrə icraçı direktoru təyin edilib.
H.Almirzəyev 2019-cu ilin oktyabrından 2020-ci ilin fevralına qədər “Ideal perfumery and cosmetics”də (yaxud rəsmi adı: “Adore Kompani” MMC) Pərakəndə və marketinq departamentində direktor kimi çalışırdı.
O, buna qədər “Azercell” və BƏƏ-də kommersiya şirkətlərində çalışıb.