2 C
Baku
Saturday, December 14, 2024

IEA 2022-ci il üzrə qlobal neft-qaz gəlirlərini açıqlayıb

Ötən il qlobal neft-qaz sənayesinin gəlirləri 4 trilyon ABŞ dollarına yüksəlib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol özünün “Twitter” səhifəsində yazıb.

“Sektor bunun əhəmiyyətli bir hissəsini təmiz enerji keçidlərinə, xüsusən də inkişaf etməkdə olan iqtisadiyyatlara investisiya etmək üçün unikal imkana malikdir”, – deyə F.Birol bildirib.

F.Birolun təqdim etdiyi məlumatlara görə 2015-ci ildən 2021-ci ilə qədər neft və qaz sənayesinin gəlirləri orta hesabla 1 trilyon ABŞ dollarından təxminən 2 trilyon ABŞ dollarına qədər olub.

Son xəbərlər
Digər xəbərlər