3 C
Baku
Saturday, December 14, 2024

İEA: “Neft və neft məhsulları ilə bağlı ehtiyatlar azalıb”

Dünyada neft və neft məhsulları ilə bağlı kommersiya ehtiyatları bu ilin iyulunda ötən ayla müqayisədə 25.6 milyon barel azalıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) sentyabr hesabatında məlumat verilib.

Bildirilib ki, digər tərəfdən, neft və neft məhsulları ilə bağlı kommersiya ehtiyatları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində 43.1 milyon barel artıb.

Hesabatda qeyd olunub ki, mart-avqust aylarında strateji ehtiyatlardan 180 milyon barel neft dünya bazarlarına çıxarılıb: “Oktyabra qədər isə 50 milyon bareldən çox neft dünya bazarlarına tədarük ediləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər