9 C
Baku
Thursday, December 12, 2024

IGB-yə Bolqarıstan ərazisində Akt-15 sənədi verilib

Yunanıstan-Bolqarıstan İnterkonnektoruna (IGB) Bolqarıstan ərazisində tələb olunan daha bir sənəd – Akt-15 verilib. Bu, interkonnektorun tikintisinin başa çatmasını təsdiq edən sondan əvvəlki sənəddir.

Bu barədə Trans-Adratik boru kəməri (TAP) ilə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına imkan verəcək interkonnektorun operatoru olan ICGB şirkətindən bildirilib.

“Yunanıstan-Bolqarıstan İnterkonnektoru hazırda Bolqarıstan ərazisində Akt 15 sənədini alıb. Boru kəmərinin istismara verilməsi ilə bağlı prosedurlar qrafik üzrə aparılır və kommersiya əməliyyatları oktyabrın 1-dən başlayacaq”, – şirkətdən qeyd edilib.

Xatırladaq ki, təbi qaz kəmərinin istismara tam hazır olduğunu təsdiq edən son icazə sənədi Akt-16-dır.

“Biz bütün lazımi sənədləri səlahiyyətli orqanlara təqdim etmişik. İnzibati prosedurların gələn həftənin sonuna qədər başa çatacağnı gözləyirik. Bununla kəmərin istismarı planlaşdırıldığı kimi, yəni oktyabrın 1-də kommersiya fəaliyyətinə başlayacaq”, – şirkətin Bolqarıstan və Yunanıstandan olan rəhbərləri – Teodora Vasilyeva və Corc Satlas deyiblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər