15 C
Baku
Wednesday, April 24, 2024

İki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək

“Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcək”.

Bunu açıqlmasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru azyağıntılı olacağı ehtimal olunur: “Martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. 23-24 mart isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq.

Bölgələrəd isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin yağıntıların intensivliyi martın 22-23-nə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcə isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq”.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər