16 C
Baku
Friday, April 19, 2024

İki həftəyə ikiqat böyüdülərək milyonluq BOKT-a çevrilir

Azərbaycanda səkkiz ildir yaradılan və yeddi ildir kredit bazarında lisenziya ilə fəaliyyət göstərən “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC-yə yenidən maya qoyuldu.

Banker.az-ın xəbərinə görə “Kəpəz BOKT”un nizamnamə kapitalı 370 000 manat, yaxud 45.4% artırılmaqla 1 185 000 manata çatdırılıb.

BOKT-un nizamnamə kapitalı on iki gün öncə artırılıb. Həmin artım əməliyyatında kapital 255 000 manat, yaxud 45.5% artırılmaqla 815 000 manata çatdırılmışdır.

Beləliklə, son iki həftə ərzində nizamnamə kapitalı 625 min manat, yaxud 2.1 dəfə böyüdüldü.

BOKT-un nizamnamə kapitalı iki il öncə, 2019-cu ilin iyulunda 260 000 manat və yaxud 86.7% artıraraq 300 000 manatdan 560 000 manata çatdırıb.

“Kəpəz BOKT” 2020-ci ili 178 997 manat xalis mənfəətlə başa vurub. Hesabat ilində BOKT-un aktivləri 9.1% artaraq 3 104 198 manata yüksəlib. Aktivlərini 2 784 031 manatı müştərilərə verilmiş kreditlər təşkil edib.

“Kəpəz BOKT” iki il öncə çox yüksək faizli istiqrazla fond bazarından borclanmışdı. Həmin dövrdə BOKT bazardan 18% illik ödəniş faizi ilə iki il tədavül müddətinə 700 min manatlıq istiqraz etmişdi ki, bu da istər həmin dövr, istərsə də indiki dövr üçün yüksək rəqəm sayılır.

 

Son xəbərlər
Digər xəbərlər