İki illik dövlət istiqrazlarının gəlirliliyi 17 aylıq maksimumda

20 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-yə istinadən xəbər verir ki, iki illik dövlət istiqrazlarının orta gəlirliliyi 30 iyulda 9.2% olduğu halda, 20 avqust tarixində keçirlən hərracda 9.3%-ə yüksəlib.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201070213
İstiqrazların tədavül müddəti 728 gün
Buraxılış həcmi 60,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 94.2210 (9.7500%) manat
Maksimal qiymət 95.3700 (9.0836%) manat
Kəsmə qiyməti 94.9259 (9.3400%) manat
Ortaçəkili qiyməti 95.0364 (9.2760%) manat
Reallaşdırılmış həcmi 90,000,000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 142,536,200 manat
İnvestor sayı 10
Sifarişlərin sayı 26
Ödəmə tarixi 18.08.2026
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər