27 C
Baku
Saturday, April 27, 2024

İki illik dövlət istiqrazlarının gəlirliliyi yenidən artıb

29 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070080 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirləcək.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən məlumat daxil olub.

Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 95.0600 (8.7458%) manat və 97.2614 (7.50%) manat olan 41 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8.00%) manat, orta ölçülmüş qiyməti isə 96.5045(7.9242%) manat müəyyən edilmişdir. Öncəki ayda bu rəqəm 7.86% idi.

34567890

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 221,373,100 manat, yerləşdirilmiş həcmi isə 86,078,000 manat təşkil etmişdir.

 

İstiqrazların ödəmə tarixi 27.03.2026-cı ildir.

Hərrac iştirakçıları 1 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər