21 C
Baku
Monday, April 29, 2024

İki quru yük gəmisi Ukrayna ərzaq məhsullarını Çin və İtaliyaya daşıyacaq

Təxminən 80 min ton qarğıdalı və günəbaxan yağı olan iki quru yük gəmisi Ukrayna limanlarını tərk edib.

Bu barədə Birgə Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, “Arsland” gəmisi İtaliyaya 15 min 750 ton günəbaxan yağı, “The Strong” gəmisi isə Çinə 64 867 ton qarğıdalı daşıyacaq.

Bildirilib ki, daha beş quru yük gəmisi dəniz humanitar dəhlizi ilə Ukrayna limanlarına göndərilir.

“Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 22 958 948 ton təşkil edir. Razılaşdırılmış gəmi hərəkətlərinin ümumi sayı – 1552”, – deyə qeyd olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər