8 C
Baku
Friday, December 13, 2024

İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT

Azərbaycanda fəaliyyət göstərən BOKT-un rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Azər Şahmərdanov Vaqif oğlu “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsindən istefa verib.

Onun yerinə Rövşən Rüstəmov Yusif oğlu təyin edilib.

BOKT-un rəhbəri 3 ay öncə dəyişmişdi. Belə ki, Azər Şahmərdanova qədər kredit təşkilatına Valeh Rüstəmov Vəli oğlu rəhbərlik edirdi.

Xatırladaq ki, “Viza Kredit BOKT” MMC 2011-ci ildə yaradılıb və həmin il Mərkəzi Bank tərəfindən lisenziya əldə edib. Hazırda 1 470 000 manat nizamnamə kapitalın 88.1%-i Ceyhun Mehdizadə və 11.9%-i isə Yaşar Məmmədov adlı fiziki şəxslərə məxsusdur.

BOKT 2020-ci ili 131 min manat zərərlə başa vurub. Bu il yanvarın 1-nə “Viza Kredit”in aktivləri 292 min manat olub ki, bu da illik müqayisədə 65% azdır. Bunun 195 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 73% kiçilib.

 

Son xəbərlər
Digər xəbərlər