Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin salınmasına özəl investisiyaların cəlb edilməsi və dövlət‒özəl tərəfdaşlığının qurulmasına dair İpoteka və Kredit Zəmanəti Fonduna üç plan tapşırılıb.
Banker.az xəbər verir ki, , bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.
2022‒2026-ci illər ərzində həmin ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışının dəstəklənməsinin icrası tapşırılıb. Yaşayış sahəsinin alınması üçün ipoteka kreditləşməsi mexanizminin şərtlərinə yenidən baxılması (kreditin girova, gəlirin borca nisbətləri və s.) tapşırılır. Burada ikinci icraçı Mənzil İnşaat Dövlət Agentliydir.
Həmin müddət ərzində ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışının dəstəklənməsi məqsədilə İKZF-nin kapitallaşdırılması nəzərdə tutulur. Həmçinin kapitallaşmada maliyyə dəstəyi məbləği və mənbələrinin müəyyən edilməlidir. Burada ipoteka kreditlərinin sayının artırılması da daxildir. Burada da ikinci icraçı MİDA-dır.
İKZF-in qarşısına yaşayış sahələrinin tikintisi, habelə tikinti materiallarının istehsalı ilə məşğul olan subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və cəlb edilmiş resursların maya dəyərinin azaldılması kimi plan qoyulub. Ona bu məsələdə ikinci icraçı kimi İqtisadiyyat Nazirliyi kömək olacaq. Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verilməsi mexanizminin təkmilləşdirilməsi, İKZF-nin zəmanəti ilə alınan kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi nəzərdə tutulur.