19 C
Baku
Thursday, April 25, 2024

İlham Əliyev ərzaq məhsullarının alınmasına dair fərman imzaladı

Ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında yerləşdirəcəklər.

Banker.az xəbər verir ki bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən isə “Elektron kənd təsərrüfatı” informasiya sistemində “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi yaradılır.

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

Beləliklə, yeni altsistemin yaradılması ilə əlaqədar EKTİS-ə ərzaq məhsulları istehsalçılarının, satıcılarının və satınalan təşkilatların aşağıdakı məlumatları daxil edilməlidir:

– fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;

– hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;

– VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;

– əlaqə nömrələri;

– elektron poçt ünvanı;

– bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i, SWIFT kodu və digər müvafiq məlumatlar.

Artıq ərzaq məhsullarının istehsalçıları və ya satıcıları EKTİS-dən qeydiyyatdan keçmək, elektron kabinetdən istifadə etmək, satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək, satınalan təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək, ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktını təsdiqləmək imkanına malik olacaqlar. Satınalan təşkilatlar EKTİS-dən qeydiyyatdan keçmək, elektron kabinetdən istifadə etmək, ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək, ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək, ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək imkanı qazanacaqlar.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər