10 C
Baku
Friday, December 13, 2024

İlham Əliyev Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib – Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu vurğulayıb.

Dövlət başçısı ötən müddət ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti qarşıdakı dövrün ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq baxımından daha da səmərəli olacağına ümidvarlığını ifadə edib.

Səfir Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfərini xatırladı, ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı regional məsələlərə də toxunulub. Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir.

Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlət başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.

7c1c526d c646 3070 aa19 d11fc5fca591

e2c7a78c 39d0 304d 98b5 60b6b98e28fd

eaa07c6f 233a 3d52 ad33 1998f5734dab

5b87352e 267b 3ae4 a3e3 21928c180b25

Son xəbərlər
Digər xəbərlər