“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri”nə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.
Bildirək ki, Prezidentin sərəncamı ilə AzTV-nin rəhbərliyi dəyişib.